Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

AYNA rəsmisi: "Manatlıq taksi" anlayışı yoxdur, bu fəaliyyət çox vaxt qanunsuz həyata keçirilir"
"Manatlıq taksi" adlanan nəqliyyat xidməti qanunvericilikdə nəzərdə tutulmayıb və əksər hallarda bu fəaliyyət qeyri-qanuni şəkildə həyata keçirilir".
Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədov "İctimai proseslər media müstəvisində" mövzusunda II Forum çərçivəsində keçirilən "Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində" panel sessiyasında danışıb.
Mövzuya münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev isə bildirib ki, bu problemlə mübarizə çətinliklə aparılır:
"Yol polisi bir nöqtəyə gün ərzində fasiləsiz nəzarət edə bilməz. Əməkdaş ərazidən uzaqlaşan kimi qanunsuz fəaliyyət göstərən taksilər dərhal geri qayıdır. Cəzaların sərtləşdirilməsi müəyyən təsir göstərsə də, bu problem tam aradan qalxmayıb. Sürücülər məsuliyyətli olmalıdırlar. Bəzilərinin arxivinə nəzər yetirəndə görürük ki, bir çox hallarda cərimələnsələr də, lakin əməllərindən əl çəkmirlər. Onlarla maarifləndirici görüşlər keçiririk və bu fəaliyyətin dayandırılması üçün çalışırıq".
Aləmdə Nəsib
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Bakıda iki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
- Bakı yollarında müəmmalı kameralar: KİM NƏYİ ÇƏKİR?
- AYNA: "Bakıda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib"
- Prospektdə sürücüləri çaşdıran xətlənmə: "Bu xətti kəsmək olar, yoxsa olmaz?"
- Bakıda bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək