Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

AYNA: Sabah qeyri-iş günü olmasa da, parklanma xidməti ödənişsiz olacaq
"Bazar günü iş və ya qeyri-iş günü olmasından asılı olmayaraq, parklanma xidməti ödənişsizdir".
Oxu.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, bayram günlərində nəqliyyat xidmətlərindən güzəştli istifadə ilə bağlı qanunvericilikdə digər hallar nəzərdə tutulmayıb:
"Nəqliyyat vasitələrinin parklanması üçün ilk 15 dəqiqə, habelə hər gün 22:00-dan saat 7:00-dək və həftənin bazar günləri ödəniş tələb olunmur".
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib. İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Belə ki, 28 və 29 dekabr tarixləri iş günü olduğundan, bu həftə ardıcıl 7 gün iş olacaq. 30-31 dekabr, 1-5 yanvar tarixləri isə qeyri-iş günü olacaq.
Yeni ilin ilk iş günü yanvarın 6-na təsadüf edəcək.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Naxçıvan-Bakı reysləri "biletim.az" portalına əlavə edilib
- Bakının cənub girişində parklanmanın pulsuz olmasının SƏBƏBİ
- Sürücülərin NƏZƏRİNƏ - Bakının mərkəzi küçələrindən birində hərəkət istiqaməti DƏYİŞDİ
- Suraxanıda marşrut çatışmazlığı: "Hər gün taksidən istifadə etmək mümkünsüzdür"
- Həm sürücülərin, həm sərnişinlərin şikayət etdiyi beynəlxalq magistral - ARAŞDIRMA