Bu da çox maraqlı bir faktdır. Onu yazan insan elə bil ki, Bakı şəhərində yaşamır.
Oxu.Az xəbər verir ki, bunu Bakıda 2015-ci ilin Avropa Oyunlarına hazırlıq çərçivəsində ağacların kəsilməsi ilə bağlı yayılan xəbərləri şərh edərkən ölkənin gənclər və idman naziri Azad Rəhimov bildirib.
Nazir jurnalistləri birgə təhlil etməyə çağırıb:
“Heydər Əliyev konsert-idman kompleksi Tbilisi prospektində təmir işləri aparılır. Hansı ağac təmir işlərində kəsilə bilər? Ağac var idi ətrafda, və biz çalışacağıq ki, təzələri də əkək. Əl Oyunları Sarayı, Bulvarda təmir işləri aparılır, hansı ağac var ətrafda, və hansı ağac orda kəsilə bilər? 5 idman növü 2015-ci ildə Kristal Palas-da keçiriləcək. Onun ətrafında hansı ağaclar sökülür? Hər gün orada yeni ağaclar əkilir”.
Nazir həmçinin vurğulayıb ki, Bibiheybət qəsəbəsində əvvəllər neft qurğularının olduğu, hazırda isə Su Hovuz Kompleksinin tikildiyi ərazidə ümumiyyətlə, ağac olmayıb.
“Stend Atıcılığı, Avtovağzalın arxasında, səhra çöl-biyaban, bu yerlərdə indiyədək ağac yox idi, bir neçə müddətdən sonra orda gözəl bir park olacaq. Böyükşor - gözəl bir gölün ətrafında ağaclar əkiləcək. Harda biz idman obyekti tikintisi üçün ağac kəsmişik, heç olmasa birini deyin?”.
Gülnarə Zeynalova
www.oxu.az