Gənclər və İdman naziri Azad Rəhimov gənc qızla “selfie” çəkdirib.
Oxu.Az AZXEBER.COM-a istinadən məlumat verir ki, Bakıda keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forumdan sonra nazir Azad Rəhimov gənc fəal Nərgiz Qurbani ilə “selfie” edib.
Fotonun müəllifi Nərgiz Qurbani bu haqda yazıb: “Ölkə başçısı İlham Əliyevin xüsusi diqqəti və Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz növbəti gənclər üçün çox vacib olan irimiqyaslı bir layihəyə imza atdı. 3 gün ərzində bir çox ölkə nümayəndələri o cümlədən Gənclər və İdman nazirləri ilə tanış olmaq şansı əldə etdik. Tərif üçün demirəm, tam səmimi, bu günlərdə öz nazirimiz Azad Rəhimovu daha yaxından tanımaq qürurlu idi. Öz şəxsi keyfiyyətləri ilə xarici həmkarlarından kəskin fərqlənir, gənclərə münasibətini isə sadəcə kənardan izləmək kifayətdir ki, rəy söylənilsin. Bir sözlə, Azərbaycan gənci olduğumdan qürur duyuram!”.
Qeyd edək ki, foto sosial şəbəkələrdə maraqla qarşılanıb. Həmin görüntünü təqdim edirik:

E.Ə.