Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

AZAL: "COP29 aviaşirkətin fəaliyyətinə təsir göstərməyəcək"
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin fəaliyyətinə təsir göstərməyəcək".
Bu barədə AZAL-dan "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, noyabrın 11-dən 22-nə kimi keçiriləcək COP29 tədbiri zamanı bütün beynəlxalq uçuşlar müəyyən olunmuş cədvələ uyğun olaraq normal rejimdə yerinə yetiriləcək və heç bir reysin ləğv edilməsi nəzərdə tutulmayıb.
"Sərnişinlər səyahətlərini mövcud uçuş cədvəlinə uyğun planlaşdıra bilərlər", - məlumatda qeyd olunur.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- "Skytrax" AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
- AZAL ilə "Uzbekistan Airways" arasında kod-şerinq müqaviləsi imzalanıb
- AZAL bir sıra reysləri ləğv etdi - Bakıdan Tehran və Təl-Əvivə uçuşlar DAYANDIRILDI
- AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib
- İsrail-İran münaqişəsi ilə bağlı zəvvarların Azərbaycana qayıtmasında dəyişiklik olacaq?
Ən çox oxunanlar