Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
AZAL-dan "Cyber Monday" kampaniyası ilə endirimlərə davam
Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərini xüsusi təkliflərlə sevindirməyə davam edir. Aviaşirkət biletlərə endirim təklif edən "Cyber Monday" kampaniyasına start verir.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
2 dekabr tarixində sərnişinlər AZAL-ın bütün daimi beynəlxalq istiqamətləri üzrə aviabiletləri 30% endirimlə əldə edə bilərlər. Kampaniyadan yararlanmaq üçün aviaşirkətin saytında və ya mobil tətbiqində bilet alışı zamanı "CM2024" promokodunu xüsusi xanaya daxil etmək yetərlidir.
Təklif 2025-ci il yanvar ayının 11-dən aprelin 30-na kimi həyata keçirilən reyslərə şamildir.
Qeyd edək ki, kampaniya müntəzəm beynəlxalq uçuşların bütün sinifləri üçün keçərlidir, lakin vergi və yığımlara tətbiq olunmur. Təklif yüksək tələbat dövrlərini, həmçinin kodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur.
"Cyber Monday" kampaniyası çərçivəsində endirimli aviabiletləri AZAL-ın rəsmi www.azal.az saytından və ya aviaşirkətin mobil tətbiqindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app
AZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- AZAL Təl-Əviv istiqamətində uçuşları bərpa edir
- AZAL Bakıdan Sürixə müntəzəm uçuşlar həyata keçirməyi planlaşdırır
- AZAL-dan "Uçuran Cümə" kampaniyası: Aviabiletlərə 30%-dək endirim
- Heydər Əliyev Beynəlxalq Aeroportu COP29 çərçivəsində "Azaltma" sertifikatı əldə edib
- AZAL və "CarbonClick" aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Rəylər