Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb
Qazaxıstanın hüquq-mühafizə orqanları Aktau yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə iki göyərtə registratoru (qara qutu) aşkar ediblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev brifinqdə məlumat verib.
"Hadisə yerinə baxış zamanı iki registrator aşkar edilib .Onlar aviasiya qəzasının təhqiqat şöbəsinə təhvil veriləcək, daha sonra onlara tam baxış keçiriləcək", - deyə Ordabayev bildirib.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək
- Aktaudakı təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verilib
- Rusiya şirkəti AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişini edib
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
- Qazaxıstan Aktauda baş verən təyyarə qəzasını obyektiv araşdırmağa çağırır
Ən çox oxunanlar