"Pul qazanıb yarımçıq qalan evini tikmək istəyirdi".
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, bu sözləri ötən gün təyyarə qəzasında həlak olan Qoşqar Sadıqovun dostu Rəhman Alıkişiyev deyib.
"Fəhlə işləyirdi, evin tək uşağı idi. Sonuncu dəfə 2 gün əvvəl danışdıq, mənimlə sağollaşdı, qayıdanda isə evlənmək istədiyini bildirdi".
Ətraflı süjetdə:
Ötən gün qəzaya uğrayan təyyarədə həlak olanlardan birinin Cəlilabad rayon sakini olduğu müəyyən edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Cəlilabad rayonunun Mirzəli kənd sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firudin oğlu Sadıqovun kimliyi atasından götürülən DNT analizindən sonra müəyyənləşib.
Onun nəşinin bu gün ailəsinə təhvil veriləcəyi gözlənilir.
Qoşqar Sadıqov Qroznıda çalışırmış.