Heydər Əliyev Mərkəzində məşhur fransız fotoqraf Anri Kartye-Bressonun “Paris” adlı fərdi sərgisi iyulun 27-dək davam edir.
Oxu.Az xəbər verir ki, sərgidə müəllifin 80-dən artıq əsəri nümayiş olunur.
Bressonun “Paris” sərgisini izləmək Parisin 70 illik tarixinə səyahət etmək, ötən zaman ərzində bu şəhərin necə dəyişdiyini, onun memarlıq abidələrini və gözəl məkanlarını öyrənmək imkanı verir.
Anri Kartye-Bressonun əsərləri arasında olmaq, onlar vasitəsilə gəzintiyə çıxmaq, iki insan arasında mövcud olan ən qısa yolu keçmək deməkdir.
Qeyd edək ki, fotoqraf Azərbaycan xalqını tanımaq, onun tarixini, adət-ənənələrini öyrənmək məqsədilə 40 il əvvəl Bakıda olub və unudulmaz məqamları öz fotoaparatına çəkib.
Aytən Sadıqzadə
www.oxu.az