Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycan Dəmir Yollarına məxsus şirkətin adı dəyişdirilib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus "Astara Terminal" MMC-nin adı "Cənub Yük Terminalı"na dəyişdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Xatırladaq ki, ADY sözügedən şirkəti 2020-ci ildə yaradıb. Onun nizamnamə kapitalı 200 manatdır. Şirkət "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan və İranın inşa etdiyi Astara terminalında yükaşırma əməliyyatları aparır. Terminal İranın Astara şəhərində 35 ha ərazidə, Azərbaycan-İran sərhədindən 1.4 km məsafədə yerləşir.
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar