İsveçin “Daqens İndustri” qəzeti iddia edir ki, Stokholmda xarici dövlətlərin diplomatik missiyalarına təqribən milyon kron (təxminən 100 min avro) cərimə yazılıb.
Oxu.Az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, söhbət avtomobillərin parkinq edilməsi qaydalarının pozulmasından gedir.
Qəzet xatırladır ki, avtomobil sahibi cəriməni ödəməkdən imtina etdikdə, iş “Kronofogden”ə - məhkəmə icrası üzrə dövlət qurumuna göndərilir. “Kronofogden”nin diplomatlardan bu cərimələri tələb etmək hüququ yoxdur, buna görə də qurum diplomatlara qarşı cərimə materiallarını İsveç XİN-nə göndərir.
İsveç radiousu xəbər verir ki, cərimə ödəməyənlərin ilk üçlüyünə Türkiyə – 180 min kron (18 min avro), Azərbaycan – 117 min kron (11,7 min avro) və Rusiyanın – 110 min kron (11 min avro) diplomatik missiyalarının nümayəndələri daxildir.