Rodsterin uzunluğu – 4145 mm, eni – 1900, hündürlüyü – 970 mm-dir. Təkər bazası – 2345 mm-dir. Avtomobilin kütləsi mühərrikdən asılı olaraq 667-704 kq-dır.
Oxu.Az Drive.ru-ya istinadən xəbər verir ki, bu layihə həqiqətən beynəlxalqdır.
Rezvani Motors şirkəti Kaliforniyada yerləşir. Şirkətin başçısı Fardis Rezvani İrandandır. Yeni model üçün əsas kimi götürülən avtomobil Britaniya trek-kar “Ariel Atom”dur. Maşının dizayneri Samir Sadıqov Almaniya və İtaliyada oxuyan azərbaycanlıdır.
Rodster 96,5 km/s sürətini 2,7 s. ərzində yığa bilən avtomobili bütün dünya vətəndaşları Amerika dollarına ala bilərlər. Minimal qiymət 119 000 dollardır, maksimal qiymət isə 139 000 dollardır.
Bu Rodster Fardis Rezvaninin gerçəkləşmiş xəyalıdır. Onun atası F-4 Phantom II qırıcısınnı pilotu olub və sürətə olan sevgi atadan oğula keçib. Avtomobilin xarici görünüşünü dizayn edən Samir Sadıqov isə bir müddət “Lamborghini”də çalışıb, Aventador J və Urus layihələrində əməyi olub.
Karbohidratliflərin kompozitindən hazırlanmış orta mühərrikli arxa ötürücülü kuzovlu Rodster Beast adlanır. O, iki variantda təqdim edilir. Əsas Beast 300 – bu turbo “dördlükdür” 2.0 (315 л.с., 324 Н•м) və sürət yığma 2,9 saniyə ərzində 60mil/s. Beast 500 gücləndirilmiş versiya 0,2 s. sürətlidir, axı o (500 at gücü, 578 “nyuton”) 2,4 turbomühərriklə təchiz edilib.
Hər iki halda sürətlər qutusu –“mexaniki” altı pilləlidir. Özüqapanan differensial mövcuddur.
İlk alıcılara endirim vəd edilib. İki Beast 300 Rodsterini şirkət 99 500 ABŞ dollarına, ilk Beast 500 cütünü isə 124 900 dollara verməyə hazırdır. Ariel Atom trek-kar sahibləri öz avtomobillərini müvafiq olaraq 49 000 və 69 000 ABŞ dollarına Beast-a çevirə bilərlər.
Beast Fardis Rezvani üçün ilk avtomobil deyil. Onun digər RAD adlanan dizayner şirkəti holland superkarı Vencer Sarthe eksteryerini yaradıb. Amma Rezvani Motors şirkəti üçün beast – ilk təcrübədir. Onun yaradılmasına DDMWorks (mühərriklər), n2a Motors (kuzov) və Sabet Brands (biznes) şirkətlərindən olan partnyorlar yardım ediblər.
Hər bir maşın sifarişlə yığılır. Çatdırılma müddətini xüsusiyyətlərindən və fərdilik dərəcəsindən asılı olaraq üç aydan beş aya qədər gözləmək lazım olur.