Cəlilabad rayonunda 4 yaşlı uşaq tapılıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Məhəmməd adlı uşaq küçədə tənha gəzərkən sakinlərin diqqətini cəlb edib. Məlum olub ki, uşaq yaşadığı evi tanımır. Sakinlər təcili yardıma müraciət ediblər.
Təcili yardım əməkdaşları uşağı yaxın ərazidə gəzdirsələr də, hələlik balaca Məhəmməd yaşadığı evi tanıya bilmir. Məhəmməd atasının Mübariz adlı şəxs və ondan yaşca kiçik Fatimə adlı bacısının olduğunu deyib.
Məsələ ilə bağlı Cəlilabad rayon polis şöbəsinə də bildirilib.
Hazırda uşağın harada yaşadığı araşdırılır.