Yaxın günlərdə əlillik dərəcəsi alanlar yenidən Tibb-Sosial Ekspert Komissiyasının (TSEK) “test”indən bir daha keçməli olacaq.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, ilkin yoxlamalara görə, əlillik pensiyası alanların 60 faizinin saxta arayışlarla status əldə etməsi müəyyənləşib.
Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli əlillik statusunun verilməsi ilə bağlı qaydaların sərtləşdirilməsi təklifi ilə çıxış etmişdi.