Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan ərazisindəki bəzi çaylarda sululuq artıb
Bəzi çaylarda sululuq artıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıdə 2 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 17 sm, Zabuxçay-Bozluda 14 sm, Tərtərçay-Vəngdə 9 sm, Oxçuçay-Bürünlüdə 5 sm, Həkəriçay-Balasoltanlıda 4 sm artım qeydə alınıb.
Transsərhəd çaylarda Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 5 sm artıb, su sərfi 665 kubmetr/san olmaqla normanın 93%-ni təşkil edir.
"Hava proqnozu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar