Müdafiə Nazirliyi Azərbaycan generalının xaricə qaçması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Oxu.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nazirlikdən bildirilir ki, yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil:
“Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Respublikası Silahlı Qüvvlərinin yüksək rütbəli hərbi qulluqçusunun xarici ölkəyə getməsi ilə bağlı məlumatlar yayılıb.
Adı hallanan şəxs nə Azərbaycan vətəndaşı, nə də Azərbaycan generalıdır və o Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmayıb”.