Azərbaycan əsilli rusiyalı məşhur reper Bahh Tee (Bəxtiyar Əliyev) Bakıdadır.
Oxu.Az xəbər verir ki, Bahh Tee İnstagram hesabında şəkillər paylaşaraq Azərbaycan haqqında təəssüratlarını da yazıb:
“Heç olmasa ömrünüzdə bir dəfə Bakıda olmalısınız və bir dəfə burada olduqdan sonra yenə də gəlmək istəyəcəksiniz. Bakıda ev almaq arzumdur, burada addımbaşı gözəlliklə qarşılaşırsan. Amma gəzməyə vaxtım yoxdur, burada da Moskvadan artıq yuxusuzluqdan əziyyət çəkirəm”.
Qeyd edək ki, reper avqust ayında Bakıda konsert verməyi planlaşdırır.