Bu gün Belqradda Serbiya ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Serbiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, saziş Serbiya müdafiə naziri Neboyş Rodiçin azərbaycanlı həmkarı Zakir Həsənovla görüşü zamanı imzalanıb.
Məlumata görə, imzalanma mərasimindən sonra nazirlər iki ölkə arasında mövcud əlaqələrdən məmnunluq ifadə ediblər.
Onlar qeyd ediblər ki, həmin saziş bu əlaqələri daha da möhkəmləndirməyə imkan verəcək.
N.Rodiç bildirib ki, bu saziş Serbiya və Azərbaycana hərbi-iqtisadi, hərbi-tibbi və hərbi təhsil sahələrində əməkdaşlığı dərinləşdirmək üçün hüquqi əsas yaradır.