Bakıda ailə zəmnində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonunun Yeni yaşayış massivi, 3-cü küçədə qeydə alınıb.
1984-cü il təvəllüdlü Ramidə Rafiq qızı Abbasova qardaşının həyat yoldaşı, 28 yaşlı Fəridə Abbasovanı bıçaqlayıb.
F. Abbasova xəsarətlə xəstəxanaya yerləşdirilib.