2014-cü ilin yanvar ayında Braziliyaya illik yağıntı 20-30% düşüb, fevralda isə yağıntılar adi qaydadan azdır.
Ekspertlərin fikrinə görə, quraqlıq məhsulun məhvinə və qəhvənin qiymətinin yüksəlməsinə gətirib çıxara bilər.
Oxu.Az-ın RBC.ru-ya istinadən bildirdiyinə görə, İntellectual Capital analitikləri fərz edirlər ki, qəhvə plantasiyalarına bu il çox böyük ziyan dəyə bilər.
“İlin bu vaxtında Braziliyada qəhvə ağaclarının meyvələri formalaşır. Gün ərzində ağac 5 mm yağıntı almalıdır. Bizə məlumdur ki, Minas Geraynisdə qəhvənin 50% yetişdiyi yerdə yanvar ayında cəmi 45 mm yağıntı olub. Fevral ayının birinci yarısında isə yağıntı daha az olub. Dönüş nöqtəsi yəqin ki, keçilib: quraqlıqdan əziyyət çəkən ağaclar nəmişliyi özlərini bərpaya istifadə edəcəklər, meyvələr isə məhv olacaqlar, bu isə məhsula böyük ziyan vuracaq”.
Əgər Braziliyada yağışlar bərpa olsa vəziyyət dəyişə bilər, əks halda ekspertlərin qeyd etdiyi kimi qiymətlərdə kəskin dəyişikliklər ola bilər.