Ötən gecə erməni kəşfiyyat-diversiya qrupunun növbəti dəfə postumuza basqın etməsindən sonra cəbhə xəttində vəziyyət gərginləşib.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, saat 10:30-dan başlayaraq Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələri cəbhə xəttində uçuşlar həyata keçirməyə başlayıb.
Cəbhə xəttində olan müxbirimizin məlumatına görə, arabir atəş səsi eşidilməsi nəzərə alınmazsa təmas xəttində nisbi sakitlik müşahidə olunur.
Qeyd edək ki, Erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə postumuza basqın etməyə cəhd göstərib.