Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan təyyarə qəzasının MDB Beynəlxalq Aviasiya Komitəsi tərəfindən araşdırılmasını rədd edib
Qəzadan sonra Rusiya və Qazaxıstan hadisənin MDB-nin Beynəlxalq Aviasiya Komitəsi tərəfindən araşdırılmasını təklif edib.
APA-nın hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan bu təklifdən imtina edib.
Rəsmi Bakı hadisənin beynəlxalq ekspertlər və "Embraer" mütəxəssislərindən ibarət qrup tərəfindən araşdırılmasını tələb edir.
Azərbaycan hesab edir ki, "qara qutu"ların oxunması da bu qrup tərəfindən təmin olunmalıdır.
Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- AZAL 2025-ci ilin birinci rübünü uğurlu əməliyyat göstəriciləri ilə başa vurub
- AZAL təyyarəsinin qəzasında sağ qalan sərnişin: "Ən böyük yük isə stüardessanın üzərində idi"
- "Son uçuş" filminin müəllifi DANIŞDI: "Hadisə hər kəs kimi mənə də çox təsir etdi"
- AZAL təyyarəsinin qəzasında ölən yeniyetmənin anası: "Məhəmmədəlinin arzusu həyata keçdi"
- Azərbaycan hava limanları yaz-yay uçuş cədvəlinə keçir