Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Baş nazir Əli Əsədov Qazaxıstanın Bakıdakı səfirliyində olub
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 27-də Qazaxıstan Respublikasının ölkəmizdəki səfirliyində olub.
Oxu.Az-ın xəbərinə görə, Ə.Əsədov Aktau şəhərində baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan itkisi ilə bağlı səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.
Baş nazir Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel ilə söhbət edib.
Ə.Əsədov və A.Bayel Azərbaycan və Qazaxıstan xalqları üçün bu çətin və kədərli məqamda bir-birlərinə və həlak olan şəxslərin ailələrinə başsağlıqlarını ifadə edib, xəsarət alanların tezliklə şəfa tapmasını diləyiblər.
Hadisənin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ reaksiyaya, müxtəlif dövlət orqanlarının çevik və hərtərəfli dəstəyinə görə Qazaxıstan hökumətinə bir daha minnətdarlıq ifadə olunub.
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus Qroznıya gedən "Embraer 190" təyyarəsi Aktau şəhərindən 3 km aralıda qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər xəsarət alıb.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Təyyarədə "20 nəfər qabağa gəlsin" tələbi nəyə görə olub?
- Aviaqəzada xəsarət alanlardan birinin sabah əməliyyatı planlaşdırılır
- Rusiya hava məkanını bağlamır - etiraf, üzr, kompensasiya böyüklüyün əlaməti
- Nazir: "Azərbaycan beynəlxalq məsləhətçiləri təyyarə qəzasının araşdırma prosesinə cəlb edib"
- Qəzada həlak olan Ramazan Filiyevin xanımı: "Dedi ki, təyyarə Qroznıya enəndə xəbər edəcəyəm"