Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycan yollarında ən aşağı sürət həddi neçədir?
Azərbaycanda, sürücü sürət həddi saatda 90 kilometr olan yolda 70 ilə idarə etdiyinə görə yol polisi tərəfindən məsuliyyətə cəlb olunmuşdu.
Oxu.Az xəbər verir ki, bir müddət əvvəl, Bakı-Qazax magistralının 210-cu kilometrliyində “Nissan” markalı avtomobil sürət həddi 90 km/c olan ərazidə 76 km/s sürətlə idarə edilib və buna görə də məsuliyyətə cəlb olunmuşdu.
Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsindən sürücüyə bunula bağlı məktub gəlmişdi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 151 - 1.1 maddəsinə əsasən, Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə inzibati protokol tərtib edilmişi.
Belə bir cərimənin tətbiqi düzgünlüyü araşdırmaq üçün Milli.Az Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevdan şərh alıb.
Kamran Əliyev bildirdi ki, sürət həddi saatda 90 kilometr olan yolda aşağı sürətlə getmək inzibati məsuliyyət yaratmır. Ona görə də, yol polisi tərəfindən belə bir cərimənin olması mümkün deyil və ya texniki səhvdir. Ola bilsin sürücü yaşayış məntəqəsi olan yolda sürət məhdudiyyəti 60 kilometr/saat olan yolda 70-lə keçib.
Şöbə rəisinin sözlərinə görə, avtomagistrallarda 50-dən artıq sürəti olan nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Yəni avtomagistrallarda avtomobili saatda 50 kilometrdən aşağı sürətlə idarə etmək qadağandır. Amma sürət 90 olan yerdə yavaş keçməyin heç kimə dəxli yoxdur.