Türkiyədən Azərbaycana gətirilən bahalı avtomobillər yarıyolda qalıb.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Kocaeli ərazisində hərəkət edən 06 AV 0257 nömrə nişanlı TIR çevrilib.
Qəza zamanı Musa Arabacının idarəçiliyilə Azərbaycana gətirilən 7 ədəd avtomobil TIR-ın üstündən yerə aşıb.
Kıran Məhəlləsində baş verən qəzada sürücü xəsarət almasa da, bahalı avtomobillərin hamısı yararsız vəziyyətə düşüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Yola dağılan avtomobillər və onların hissələrinin təmizlənməsinə başlanılıb.
www.oxu.az