“Eurovision-2010” təmsilçisi Safura Əliyeva və müğənni Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın illər öncə çəkilmiş fotosu yayılıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, yeniyetmə dövründə çəkilən şəkli Aynişan İnstagram səhifəsində paylaşıb. Gənc xanımın yerləşdirdiyi görüntü hər kəs tərəfindən maraqla qarşılanıb. Sözügedən fotonu təqdim edirik.
Xatırladaq ki, ötən il sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran müğənni Safura Əliyeva ötən günlərdə ana olub. Eyni zamanda Safuranın övladını Bakıda yox, Türkiyədə dünyaya gətirdiyi də qeyd olunub.