“Eurovision-2010” təmsilçisi Safura Əlizadənin ailəsində sevinc hissləri yaşanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bir müddət əvvəl Sənaye və Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran müğənni Safura Əliyeva ana olub.
Bu barədə Safuranın şəxsi Facebook səhifəsində, “Safura ana oldu” məlumatı yazılıb. Eyni zamanda Safuranın övladını Bakıda yox, Türkiyədə dünyaya gətirdiyi də qeyd olunub.
Qeyd edək ki, Safura Əlizadə 1992-ci il 20 sentyabrda Bakı şəhərində musiqiçi və dizayner ailəsində anadan olub. 3 yaşından oxumağa başlayıb. Kaman və saksafon üzrə orta musiqi təhsili var. Müxtəlif müsabiqələrdə iştirak edib və birincilik qazanıb. 29 may 2010-cu ildə keçirilən “Eurovision-2010” yarışmasının final mərhələsində uğurla çıxış edərək 145 balla beşinci yerə çıxıb.