Daxili İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları 2013-cü il ərzində Azərbaycana daimi yaşamaq üçün 3 min nəfərin gəldiyini qeydə alıb.
Oxu.Az “Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, dövlət orqanlarından verilən məlumata görə, ölkəyə həmişəlik köçüb gələnlərin sayı 2012-ci illə müqayisədə 828 nəfər, yaxud 38,1% artıb.
İmmiqrantlar əsasən Rusiya Federasiyasından (33,7%), Ukraynadan, Qazaxıstandan və digər ölkələrdən gəliblər.
Emiqrantların da çoxu demək olar ki, elə həmin ölkələrə köçüblər.
Məlumata əsasən, ötən il Azərbaycandan digər ölkələrə daimi yaşamağa gedənlərin sayı cəmi 800 nəfər olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il miqrasiya artımı müşahidə olunub.
Bu göstərici əhalinin ümumi artımının 1,8%-ə qədəri olub.