Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, qanunvericiliyin tələblərini kobudcasına pozduğuna görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əkbər oğlu Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.