Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycana quş əti idxalı qadağan edilib? - RƏSMİ AÇIQLAMA
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) son günlər bir sıra kütləvi informasiya vasitələrində Agentliyin ölkəyə quş əti və yumurtanın idxal olunması, eyni zamanda diri quş satışını qadağan etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Agentlikdən Oxu.Az-a bildirilib ki, yayılan bu cür məlumatlar reallıqdan uzaqdır və həqiqəti əks etdirmir:
“Qida Təhlükəsizliyi Agentliyi idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından ekspertizasını və bu sahədə dövlət nəzarətini həyata keçirir.
Ötən həftə Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə keçirilmiş görüşdə, ölkə ərazisində müvafiq sahə üzrə qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq standartların tətbiqi və inkişaf etdirilməsi, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində birgə bəyanat qəbul olunub və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- AQTA quş qripinə görə Dövlət Gömrük Komitəsinə müraciət etdi
- Bakıda ayı əti SATILIR - İDDİA
- AQTA Türkiyədəki kütləvi zəhərlənmə ilə bağlı nəzarət tədbirlərini GÜCLƏNDİRDİ
- Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır
- Çin və Rusiyadan idxal edilmiş kürünün "Azerbaijan Caviar" adı ilə satışa çıxarıldığı aşkarlanıb