Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycana ucuz MAŞINLAR GƏTİRİLDİ
"Taksi" fəaliyyəti ilə bağlı yeni qaydaların tətbiq edildiyi 2024-cü ilin iyul ayından etibarən Çindən hibrid avtomobillərin idxalı dörd dəfəyə yaxın artıb.
Oxu.Az xəbər verir ki, əgər ilin I yarısında bu ölkədən Azərbaycana 2 854 belə nəqliyyat vasitəsi gətirilmişdisə, noyabr ayında bu say 11 102-yə çatıb.
Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, Çin istehsalı olan belə avtomobillər ucuz olmaqla yanaşı, onların Azərbaycana daşınması da daha tez başa gəlir.
Diqqəti çəkən məqamlardan biri də Çindən gətirilən hibrid avtomobillərin qiymətinin getdikcə enməsidir. Belə ki, 2024-cü ilin yanvar ayında Çindən idxal olunan 1 ədəd benzinlə yanaşı, elektrik mühərrikli minik avtomobilinin orta qiyməti 31 571 dollar idisə, noyabr ayında bu göstərici 37% azalaraq, 19 923 dollar təşkil edib.
Ətraflı Baku TV-nin süjetində:

"Çin avtomobilləri" teqi üzrə xəbərlər
- Çinin lüks avtomobillərində ciddi problemlər aşkarlandı
- Görünüşü və qiyməti ilə diqqəti cəlb edən Çin avtomobilləri etibarlıdır?
- Çin avtomobillərinin ən problemli yerləri açıqlandı
- VOYAH avtomobil brendi 2 illik kasko hədiyyə edir!
- Ən zəif yerlər: Çin maşınları ən çox haradan paslanır? - Mütəxəssisdən AÇIQLAMA