Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda 12 yaşdan yuxarı şagirdlərin məcburi vaksinasiyası ilə bağlı tapşırıq var?
Azərbaycanda 12 yaşdan yuxarı şagirdlərin məcburi vaksinasiya olunması ilə bağlı tapşırıq yoxdur.
Bunu “Report”a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.
Nazirlik rəsmisi bildirib ki, Səhiyyə və Təhsil Nazirliyinin birgə yaydığı məlumat sadəcə tövsiyə xarakterlidir: “Düşünmürəm ki, bu günə qədər həmin yaşda olan hansısa şagirdin peyvənd olunmadığına görə məktəbə buraxılmamasına dair bir fakt var. Belə hadisə olmayıb. Yenə də təkrar edirəm ki, bu, sadəcə tövsiyədir. Əgər aidiyyəti qurumlar belə bir qərar veribsə, deməli, bunun əsasında tədqiqatlar və elmi araşdırmalar dayanıb”.
Qeyd edək ki, ölkədə oktyabrın 15-dən 12-15 yaşlı yeniyetmələrin vaksinasiyasına qərar verilib. Müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən həmin yeniyetmələrə “COVID-19” əleyhinə Pfizer peyvəndi vurula bilər.
"COVID-19" teqi üzrə xəbərlər
- Amerikalı qadın peyvənddən imtina etdiyi üçün işdən çıxarıldı: Milyonlarla dollar təzminat aldı
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Azərbaycanda onlayn təhsil effekt vermir - Ekspert RƏYLƏRİ
- COP29-a gələn qonaqlardan koronavirus testi götürüləcək? - RƏSMİ AÇIQLAMA
- Alimlər sosial canlıların əsas üstünlüklərini və çatışmazlıqlarını açıqladılar
Rəylər