Dövlət Miqrasiya Xidmətinin yaranması, Miqrasiya Məcəlləsinin qəbul edilməsi və s. yeniliklərə baxmayaraq, ölkədə qanunsuz miqrantların sayı artır.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev deyib.
Ə.Əliyevin sözlərinə görə, ölkədə sənədsiz şəxslərin ümumi sayı 30 min nəfərə yaxındır. Bunların mərkəzə müraciət edənlərdən 56%-i Azərbaycan vətəndaşlarıdır və onların 1800 nəfəri ölkəni tərk etmək istədiyini bildirib.
“Bu, 1995-ci ildən sonra qeydə alınan ən yüksək göstəricidir”.
Mərkəz rəhbəri qeyd edib ki, Azərbaycan ərazisində 20 ildən artıq məskunlaşan əcnəbi qaçqınlar hələ də vətəndaşlıq əldə edə bilməyiblər.
“Qaçqınların bir qrupu Azərbaycan hökuməti, digər bir qrupu isə BMT Qaçqınlar üzrə Ali Komissarlığın himayəsindədir. Lakin qaçqın statusu almaq istəyən bir qrup şəxs var ki, himayədən tam məhrumdur”.