Tanınmış boksçu Eduard Məmmədov “Möhtəşəm maşın” şousunu tərk edib.
Oxu.Az xəbər verir ki, o, ailəsində yaranan narahatlığa görə, oyunu tərk etməli olub.
Aparıcı Murad Dadaşov idmançının gedişinə məyus olub.
Yarışmadan öz istəyi ilə ayrılan Eduard haqqında şoumen Murad Dadaşov bunları deyib:
“Təəssüf ki, Eduardın körpəsi ilə bağlı problem yaranıb. Əlbəttə, oyun və ailə arasında qalırıqsa, seçim ailə olmalıdır. Eduardın balasına Allahdan şəfa diləyirik”.
Aytən Sadıqzadə
www.oxu.az