Şəmilov Yaşar Rəfi oğlu 20.06.2015-ci il tarixində Ağstafa rayonu Dağ Kəsəmən kəndində toydan çıxıb və o vaxtdan onun haqqında məlumat yoxdur.
Oxu.Az-a verilən məlumata görə, ailəsinin 5 gündür axtarmadığı yer qalmayıb.
52 yaşlı Şəmilov Yaşar Rəfi oğlunu itkin düşən gündən sonra görənlərdən və ya onun haqqında hər hansısa bir məlumatı olanlardan 055 269 09 89 mobil nomrəsinə zəng edərək xəbər vermələri xahiş olunur.

Elvin Əhmədov
www.oxu.az