Şəkidə daha bir zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 16:23-də Şəkidən 3 km şərqdə qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub.
11:05
Bu gün səhər Qəbələ rayonunda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 09:59:33-də Qəbələdən 13 km şimali-şərqdə qeydə alınıb. Yeraltı təkanın dərinliyi 5 km olub.
Zəlzələ episentirdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında 4-3 bala qədər hiss olunub.
09:40
Şəkidə zəlzələ baş verib.
Oxu.Az-ın Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 4-də, yerli vaxtla saat 05:25-də Şəkidən 6 km şimali-şərqdə zəlzələ qeydə alınıb.
Ocağı 9 km dərinlikdə yerləşən yeraltı təkanlar 3 bala qədər hiss olunub.
Bu, son sutka ərzində rayon ərazisində qeydə alınan üçüncü seysmik hadisədir.