Daha bir Qərb ölkəsi İŞİD qruplaşmasına qarşı mübarizə üçün beynəlxalq koalisiyaya qoşula bilər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Kanada baş naziri Stiven Harper ölkəsinin İŞİD-ə qarşı hərbi əməliyyatlara qoşulması üçün parlamentin icazəsinə nail olmağa çalışacağını bəyan edib.
Harper Kanadaya məxsus bir neçə hərbi təyyarəni 6 ay müddətinə əməliyyat bölgəsinə göndərmək niyyətindədir. Kanadanın quru əməliyyatında iştirak etməsi ehtimalını isə Stiven Harper qəti şəkildə istisna edib.
Kanadanın müxalifət partiyaları isə ölkənin İŞİD-ə qarşı əməliyyatlarda iştirakına qarşı səs verəcəklərini bəyan ediblər.