Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda 70 yaşlı "professor" həbs edildi
Bakıda özünü Azərbaycan Dövlət Texniki Universitetinin professoru kimi təqdim edərək, vətəndaşın 15 min manatını mənimsəyən 70 yaşlı şəxsə hökm oxunub.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1954-cü ildə Kürdəmir şəhərində anadan olmuş Hacıəli Əmirovun (soyad şərti) Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, Hacıəli Əmirov 2010-cu ildə də Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum edilib və hazırda məhkumluğu ödənilməyib.
O, Arifə Hüseynova adlı vətəndaşı aldadaraq, onun yaxınının Fövqəladə Hallar Nazirliyində işlə təmin olunmasında köməklik göstərəcəyini vəd edib. Təqsirləndirilən şəxs buna görə zərərçəkmişin 15 min manatını mənimsəyib.
Zərərçəkmiş təqsirləndirilən şəxs barəsində şikayətçi olduğunu, ona verdiyi pulun geri qaytarılmasını tələb etdiyini bildirib.
Məhkəmənin qərarı ilə Hacıəli Əmirov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Zərərçəkən təqsirləndirilən şəxsi ağır formada təhqir etdi - 186 minlik cinayət işi
- Talassemiyalı uşaqlarla bağlı məhkəmə prosesinə həkimlərin çağırılması ilə bağlı vəsatət verilib
- Sözünü demək cəsarət, susmaq tərbiyədirsə, tərbiyəsiz kimdir?
- Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olub, 15 minə yaxın pulunu ələ keçirən şəxsə AĞIR CƏZA
- Nazirliyin adından dələduzluq: İnansın deyə pulu qurumun binasının önündə aldı