İsmayıllı rayonunda çay üzərindəki asma körpüdə qəsdən təhlükəli vəziyyət yaradılır.
Bu barədə Oxu.Az-ın redaksiyasına vətəndaşlardan biri bildirib.
Bildirilib ki, körpünün üzərindən beş nəfərdən artıq şəxsin keçməsinə icazə verilməsə də, oradakı işçilər buna məhəl qoymur:
“Nəzarətçilər körpünün üzərindən keçmək üçün 20 nəfərdən artıq adama icazə verirlər. Amma körpünün girişində xəbərdarlıq lövhəsində yazılıb ki, beş nəfərdən artıq şəxsin daxil olması qəti qadağandır. Mən nəzarətçiyə narazılıq bildirəndə isə az qaldı ki, mənə hücum çəksin”.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Oxu.Az-a açıqlamasında bildirib ki, artıq məsələ nəzarətə götürülüb:
“Ərazidəki nəzarətçilərə də, bu cür hallara yol verməməsi barədə tapşırıq verilib”.
View this post on Instagramİlhamə Əbülfət
"İsmayıllı" teqi üzrə xəbərlər
- İsmayıllıda ikiaylıq körpənin də öldüyü AĞIR QƏZADA yaralananların durumu açıqlandı - FOTO
- İsmayıllıdakı dəhşətli qəzada ölən üçüncü şəxsin kimliyi bilindi - ÖZƏL - VİDEO
- İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU
- Yol polisi İsmayıllıda üç nəfərin öldüyü AĞIR QƏZA ilə bağlı sürücülərə XƏBƏRDARLIQ ETDİ - VİDEO
- İsmayıllıda bədbəxt hadisə: Traktorun altında qalan kişi öldü
Digər xəbərlər