Bütün müsəlman dünyasında, eləcə də Azərbaycanda bu gün Aşura günü kimi qeyd olunur.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, paytaxtın “Təzəpir”, “Hacı Soltanəli”, “Məşhədi Dadaş”, “Bibiheybət”, “Fatimeyi-Zəhra”, “İçərişəhər Cümə”, “Keşlə” və digər məscidlərində Aşura mərasimləri keçirilir.
On minlərlə mömin Kərbəla faciəsini yad etmək, İmam Hüseynin (ə) şücaətinə aid moizələri dinləmək üçün məscidlərə toplaşıb. İbadətgahlarda yer olmadığından insanlar küçələrdə əzadarlq ediblər.
Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qanvermə aksiyası keçirəcək.
Aşura günündə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahlar aşağıdakılardır:
1. Yasamal rayonu “Təzə-pir” məscidi
2. Yasamal rayonu “Hacı Soltanəli” məscidi
3. Nəsimi rayonu “Əjdərbəy” məscidi
4. Səbail rayonu “Bibi-Heybət” məscidi
5. Səbail rayonu “İçərişəhər cümə” məscidi
6. Suraxanı rayonu “Qaraçuxur” məscidi
7. Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi
8. Nizami rayonu “Keşlə” qəsəbə məscidi
9. Sumqayıt şəhər “Cümə” məscidi
10. Gəncə şəhər “İmamzadə” məscidi
11. Mingəçevir şəhər “Heydər” məscidi
12. Şəki şəhər “Cümə” məscidi
13. Lənkəran şəhəri “Böyükbazar” məscidi
14. Bərdə şəhər “Cümə” məscidi
E.Ə.
www.oxu.az