Xalq artisti Səməd Səmədov bundan sonra xanım ifaçılarla duet oxumayacaq.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, müğənni bu haqda “Gündəlik” verilişində deyib:
“Bundan sonra xanımlarla duet oxumayacam. Ancaq Beyons, Şakira, Britni Spirs, Uitni Hyustonla duet oxuya bilərəm”.
S.Səmədovun bu sözlərinə aparıcı Mətanət Əliverdiyeva “Siz nə vaxtdan ölülərlə duet oxuyursunuz? Uitni Hyuston dünyasını dəyişib”, - deyə münasibət bildirib.
Xalq artisti isə zarafatla belə cavab verib: “Ölməmişdən əvvəl mənə duet təklifi etmişdi”.