Şəki-Qax magistral yolunun Biləcik kəndi ərazisindən keçən hissəsində zəncirvarı yol qəzası baş verib. Nəticədə 3 avtomobil bir-birinə dəyib.
Oxu.Az ANS PRESS-ə istinadə xəbər verir ki, məlum olub ki, hadisəyə canlı nəqliyyat vasitəsi olan at şərait yaradıb.
Həmin ərazidə yüksək sürətlə hərəkət etdiyi bildirilən “VAZ 2115” markalı avtomaşın qəfil qarşısına çıxan atı vurub.
Bundan sonra sürücü idarəetməni itirərək əks istiqamətdə gələn “VAZ 2107” markalı avtomaşınla toqqusub və bundan sonra yolun sol kənarında dayanmış “VAZ 2106” avtomobilə də çırpılıb. Zəngirvarı hadisə nəticəsində 3 maşına ciddi ziyan dəysə də, avtomobillərdə olanlar yüngül xəsarətlərlə qurtula bilib.
Avtomobilin vurduğu at isə tələf olub.