BBC kanalında şərhçi çalışan Şimali İrlandiya yığmasının keçmiş futbolçusu Con O’Nil DÇ-2014 seçmə mərhələsində Azərbaycan yığmasının britaniyalar üzərində çaldığı qələbəyə münasibət bildirib.
Oxu.Az azerisport.az-a istinadən xəbər verir ki, şərhçi bunları qeyd edib:
“Bizim azarkeşlər Rusiya üzərində qazandığımız qələbəni bayram edirdilər və bundan daha çoxuna layiq idilər. Amma Bakıda baş tutmuş oyun əsl darmadağındır. Təəccüblüdür, axı Azərbaycan kimi zəif komandaya necə uduzmaq olar!”