Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanda bələdiyyələrin bəzi səlahiyyətləri ləğv edilir
Azərbaycanda bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Dəyişikliklə bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərti ilə bazar məzənnələri nəzərə alınmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq müəyyən ediləcək.
Hazırda bu qiyməti yerli özünü idarəetmə orqanları müstəqil şəkildə müəyyən edir.
"Bələdiyyə" teqi üzrə xəbərlər
- Tovuzda sabiq bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu
- Bəzi seçki məntəqələrində səsvermənin nəticələri LƏĞV EDİLİB
- 2024-cü ildə bələdiyyələrin yol verdiyi 21 qanun pozuntusu üzrə cinayət işi başlanıb
- Deputat: "İcra hakimiyyətinin xeyir-duası olmadan obyekt verilmir"
- Bələdiyyə üzvü seçildiyi üçün Qəbələdə qonaqlıq verdi - Hesabı ödəməyib qaçdı