Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda bəzi qənd məhsullarında nöqsanlar aşkarlandı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın tətbiqi və daxil olan istehlakçı şikayətlərinə dair məlumat bazasının təhlili nəticəsində hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bununla əlaqədar keçirilən monitorinqlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən yerli məhsul partiyalarından 21 ədəd qənd və 24 ədəd qara çay nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarına təqdim edilib. Götürülmüş nümunələr qənd məhsulunda kükürd dioksidin (SO2) miqdarı, qara çayda isə maya, kif göbələkləri və salmonellanın təyini üzrə laborator müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticələrinə əsasən, 18 qənd və 24 qara çay məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb. Aşağıdakı cədvəldə qeyd olunan 3 sahibkara məxsus 3 qənd məhsulunda kükürd dioksidin miqdarının normadan artıq olduğu müəyyən edilib.
Aşkar edilmiş uyğunsuzluqlarla bağlı həmin müəssisələrdə plandankənar yoxlama keçirilib, məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağrılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib. Eyni zamanda, müəssisələrdə faktiki mövcud olan məhsullardan nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticələrinə əsasən, 1 müəssisədə uyğunsuzluq müəyyən edilib. Bununla əlaqədar sahibkar inzibati məsuliyyətə cəlb edilib, məhsulun ticarət şəbəkəsindən geri çağrılması ilə bağlı icrası məcburi göstərişlər verilib. 2 müəssisədən götürülən nümunələrin sınaq nəticələri isə uyğun olub. Bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.
Uyğunsuzluq aşkarlanan qənd məhsulları və istehsalçıları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
№ | Məhsulun adı | Məhsulun istehsalçısı | Məhsulun partiya/seriya nömrəsi, istehsal və son istifadə tarixi | Aşkar edilmiş uyğunsuzluq |
1. | "Qidam" əmtəə nişanlı qənd | "Elhay" MMC | 20.10.2024-20.10.2025 | Kükürd dioksid |
2. | "ВАШ УРОЖАЙ" əmtəə nişanlı kəllə qənd | fiziki şəxs Musazadə İsa | 16.11.2024-16.11.2025 | Kükürd dioksid |
3. | "Özşəkər" əmtəə nişanlı qənd | fiziki şəxs Kərimov Cavid | 16.11.2024-16.11.2025 | Kükürd dioksid |
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- Çoxlu sayda məhsulda GMO aşkarlandı: AQTA nəzarət tədbirlərini gücləndirdi
- Azərbaycana beş xarici şirkətin quş əti məhsullarının gətirilməsinə məhdudiyyət QOYULDU
- Marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
- AQTA Bakıda restoranın fəaliyyətini məhdudlaşdırdı
- Ukraynadan gətirilərək ölkəmizdə 11 manata satılan ətlərin mənşəyi nədir?
Rəylər