May ayında böyük əfv olacaq.
Oxu.Az xəbər verir ki, bunu Modern.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O bildirib ki, hazırda əfv siyahısı üzərində iş gedir. Əfv sərəncamının ümummilli lider Heydər Əliyevin ad günü, ya da Respublika Günündə imzalanacağı gözlənilir:
“May ayında böyük əfv və ya amnistiyanın olacağı gündəmdədir. Hüquq müdafiəçiləri olaraq biz də müraciətlərimizi etmişik. Müraciətimizə siyasi məhbuslar daxildir. Siyahıya “OMON”-dan iki nəfər, sabiq səhiyyə naziri Əli İnsanov, Tofiq Yaqublu, NİDA-çı gənclər, İlqar Məmmədov, Nemət Pənahov və hazırda həbsdə olan jurnalistlər daxildirlər. İstərdik ki, onların hamısı rəsmi əfv siyahısına düşsün və Azərbaycanda siyasi məhbus məsələsi birdəfəlik həll olunsun”, – deyə hüquq müdafiəçisi bildirib.
Sabiq millət vəkili Gülər Əhmədovanın da əfv üçün müraciət edib-etməməsinə gəlincə, N.Cəfəroğlu bildirdi ki, onun məhkəməsi davam etdiyindən bu məsələ gündəmdə deyil:
“Gülər Əhmədovaya qarşı irəli sürülən ittihamlar təsdiqlənərsə, onun siyahıya daxil edilməsi nəzərdən keçirilə bilər”.