Türkiyə vətəndaşı ilə ailə qurub orada yaşayan azərbaycanlı müğənni Yeganə ötən gün toy edib.
Oxu.Az xəbər verir ki, ifaçı oğlunun kiçik toy məclisini təşkil edib.
Gecədə əməkdar artist Nüşabə Ələsgərli, müğənnilər Nadir Qafarzadə, Kərim, Ramal İsrafilov, Eldəniz, Könül Kərimova, Sevinc Ağaşirinova, Mənzurə Musayeva, rəqqasə Fatimə, aparıcı Lətafət Ələkbərova, vizajist Nigar İbrahimova və başqaları iştirak ediblər.
Qeyd edək ki, Yeganə 2010-cu ildə Türkiyə vətəndaşı Fatih Akbudakla ailə həyatı qurub və cütlüyün 3 yaşında oğlu var.
Aytən Sadıqzadə
www.oxu.az