Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanda çəkilən çarx “YouTube”da trend oldu - VİDEO
Azərbaycan son günlər Cənubi Koreyada məşhurlaşıb.
Oxu.Az-ın verdiyi xəbərə görə, ölkənin ən böyük axtarış sistemləri olan “Naver” və “Daum”da axtarılan ən çox sözlər Azərbaycanla bağlı olub.
Sıralamada ilk yerdə “Bakı”, ikinci yerdə isə “Azərbaycan” sözləri yer alıb.
Buna isə Koreya televiziyalarından birinin Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyilə Bakıdan və Qobustandan turizmlə bağlı veriliş hazırlaması səbəb olub.
“Battle trip” verilişi üçün Qız qalasında, İçərişəhərdə, metrostansiyaların qarşısında, Qobustan qayalıqlarında və Yanardağda çəkilişlər aparılıb.
Verilişin anonsunun “YouTube”da yayılması Cənubi Koreyada Azərbaycana olan maraqları artırıb.
Həmin verilişin bu həftə ərzində tam yayımlanacağı gözlənilir.
Günel Murad
"Bakı" teqi üzrə xəbərlər
- Bakı şəhərində tramvay xətlərinin inşa olunması üçün zonalar müəyyənləşdirilir
- Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü
- İtlərin hücumuna məruz qalan məktəbli DANIŞDI: "Üstümə gəldi, sığallamaq istəyirdim"
- Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı RƏSMİ AÇIQLAMA
- Avtomobillərə qaz balonu kimin icazəsi ilə və harada quraşdırılmalıdır?
Rəylər