Cari ilin yanvar-iyun ayı ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 43 nəfərə “Əmək veteranı” adı və vəsiqəsi verilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat ƏƏSMN-dən verilib.
Məlumata görə, onlardan 8 nəfəri qadındır.
“Ümumilikdə son 5 ildə və cari ilin ilk yarısı da daxil olmaqla ƏƏSMN tərəfindən “Əmək veteranı” adı və vəsiqəsi verilənlərin sayı 400 nəfərə yaxın olub”, - məlumatda deyilir.
Qeyd edək ki, “Əmək veteranı” adı və vəsiqəsi yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara (kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda) verilir.
Gülnarə Zeynalova
www.oxu.az