Bu gündən Gəncə şəhərində yerləşən 12 saylı tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.
Oxu.Az-ın əldə etdiyi məlumatına görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.
Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.
Gəncə Şəhər Təhsil İdarəsi məktəbdə dərslərin distant formada keçirilməsi ilə bağlı məlumatı Oxu.Az-a təsdiq edib.
Bildirilib ki, təhsil ocağında bir müəllim, bir şagird və iki texniki işçidə COVID-19 virusuna yoluxma aşkar edilib.
Bu səbəbdən məktəb 14 gün müddətinə karantinə bağlanıb.
İlhamə Əbülfət